Ondan 1 milyon pul tələb ediblər
Rusiyada 28 yaşlı azərbaycanlı qaçırılıb.RePost.az-ın "Neta Today"a istinadla verdiyi məlumata görə, Azərbaycan vətəndaşı olan şəxs Tambovski vilayətindən Sankt Peterburqa maşın almaq üçün gəlib.
Qaçırılan kişi bir müddət sonra dələduzların əlindən xilas olaraq qaça bilib. Lakin o boğaz və üz nahiyəsindən bıçaqla xəsarətlər yetirilib. Adı açıqlanmayan gənc Aleksandrovski xəstəxanasına yerləşdirilib.
O, polisə ifadəsində bildirib ki, dekabrın 22-də icarəyə götürdüyü maşınla şəhərə gələrək bir tanışının evində qalıb. Həmin gün də ona maşın satıldığını dedikləri üçün Tipanova küçəsindəki "Piter" ticarət kompleksinə gedib. Orada gəncin qeyri-rus olan 3 naməlum şəxslə görüşü olub.
Onlar azərbaycanlını zor tətbiq etməklə qara rəngli "Porsche Cayenne" markalı maşına mindirib və ondan 1 milyon rubl (təqribən 29 min manat) tələb ediblər. Məlumata görə, şübəlilərdən birinin adı Şamil olub. Azərbaycanlını da adıçəkilən küçəyə çağıran məhz o olub.
RePost.az