Ötən ilin son günü evinin hamamında yıxılan Flora Kərimovanın qabırğası sınıb. 
RePost.Az-ın məlumatına görə, bu barədə xalq artisti yeniçağ.az-a açıqlamasında deyib.
 
“Dekabrın 31-ində yıxıldım. Travmatologiyada bütün həkimlər başıma dolandılar, ayağımı “snimka” etdilər. Heç nə çıxmadı. Amma 2 gün ağrıdan yata bilmədim. Sonra yenə həkimə getdim. Məlum oldu ki, 12-ci qabırğam sınıb. İndi karsetdəyəm. Sağ olsun, dostlar. Hamı zəng edir, maraqlanır. Allah betərindən saxlasın”, - deyə müğənni əlavə edib.
 
RePost.Az

Baxış sayı: 4587 | Tarix: 09.01.2018
Bizi Telegramda izləyin: @repostaz