Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
Bu barədə RePost.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 
 
Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
RePost.Az

Baxış sayı: 3770 | Tarix: 12.01.2018
Bizi Telegramda izləyin: @repostaz