“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
 
RePost.Az Report-a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
 
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
 
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
 
Fakt üzrə araşdırmalar davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 5100 | Tarix: 18.01.2018
Bizi Telegramda izləyin: @repostaz