Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması, Hepatit B və Hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklif edilib.
RePost.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin bugünkü iclasında çıxış edib.
M.Quliyev bununlıa bağlı Ailə Məcəlləsinə dəyişikliklərin edilməsini təklif edib:
“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərinin müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.
RePost.Az