Bu gün səhər saatlarında metroda hadisə baş verib.

RePost.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, sərnişinlərdən biri metronun “Avtovağzal” stansiyasından “Memar Əcəmi” istiqamətində hərəkət edən qatara minmək istəyərək qapılar bağlanıb. Lakin sərnişinin qolu qapıda qalıb.  Qatarın hərəkəti ilə platformada sürünən sərnişini polis xilas etməyə cəhd etsə də, hər ikisi relsin üstünə yıxılıb. Xoşbəxtlikdən hər iki şəxs sağ qalıb.

RePost.Az


Baxış sayı: 4321 | Tarix: 23.01.2018
Bizi Telegramda izləyin: @repostaz