Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Rəşad Əlizadə tutduğu vəzifədən azad edilib. Bu barədə RePost.Az-a qurumun mətbuat xidmətindən bildirilib.
Fazil Məmmədov bu vəzifəyə əvvəllər idman şöbəsinin rəisi işləmiş Orxan Məmmədovu təyin edib. O, güləş üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Orxan Məmmədov idman ustasıdır, Azərbayvanın əməkdar məşqçisidir.
Xatırladaq ki, bundan öncə sabiq vergilər naziri Fazil Məmmədov Firdovsi Umudovu Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin etmişdi. Bu vəzifədə o, Sahib Ələkbərovu əvəz etmişdi.
RePost.Az