Kiyev şəhər administrasiyasının iyirmi məmuru şəhərdən zibilin yığılması və daşınması təcrübəsini öyrənmək üçün Azərbaycana ezam ediləcək.
RePost.Az virtualaz.org-a istinadən xəbər verir ki, ezamiyyətin məqsədi Bakıda çoxmənzilli binaların və onların həyətyanı sahələrinin saxlanılması üzrə müəssisələrin iş təcfrübəsini, bərk məişət tullantıları ilə işi, elektrik enerjisinə qənaət edilməsini və mənzillərin təmirinə dair təcrübəni öyrənməkdir.
 
Belə ki, fevralın 1-dən 4-nə qədər Kiyev şəhər dövlət administrasiyasının rəhbərinin müavini Petr Panteleyev, mənzil-kommunal infrastrukturu Departamentinin direktoru Dmitri Naumenko və onun müavini Aleksandr Malıxin Bakıda ezamiyyətdə olacaqlar. Onlar Bakı şəhər İcra Hakimiyyətində danışıqlar aparacaqlar.
 
Kiyevdə və Ukraynanın digər şəhərlərində küçələrdən zibillərin vaxtlı-vaxtında yığılmaması, çoxmənzilli binalarda təmizliyə, liftlərin işinə və digər infrastruktura görə tez-tez problemlərin yaranması sakinlərdə narazılıq doğurur. Əvvəllər fəallar işlərini yarıtmaz görən şəhər məmurlarını tutub zibil qutularına belə tullamışdılar.
 
Məsələ burasındadır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu yerli mətbuatda şəhər təsərrüfatındakı problemlərə görə tez-tez tənqid edirlər. Lakin göründüyü kimi Kiyevdə vəziyyət daha bərbaddır və orada Abutalıbovun təcrübəsini öyrənməyə ehtiyac hiss ediblər.
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 30.01.2018
Bizi Telegramda izləyin: @repostaz