Nərimanov rayon Polis İdarəsi əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına silah çəkən şəxsi yaxalayıb.
 
RePost.Az-ın məlumatına görə, Nərimanov RPİ-dən “Ölkə.Az”-a verilən məlumata görə, artıq 1983-cü il təvəllüdlü Təyyar Əliyev saxlanılıb və ona qarşı rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Maddi sübut kimi götürülən pnevmatik tapança ballistik ekspertizaya göndərilib. Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, hadisə bu gecə baş  verib. Paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, “Volkswagen” markalı “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.
 
Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.
 
RePost.Az

Baxış sayı: 4739 | Tarix: 01.02.2018
Bizi Telegramda izləyin: @repostaz