Sevil-Sevinc Səfərova bacıları “Xəzər” TV ilə yollarını ayırıblar.
 
RePost.Az xəbər verir ki, bu barədə bacılar özləri məlumat veriblər. Bacılar bildiriblər ki, sabah “Hər şey daxil” verilişində sonuncu dəfə efirə çıxacaqlar:
 
“4 il sonra, yəni sabah saat 10:00-da canlı efirdə vidalaşırıq”.
 
Qeyd edək ki, Sevil-Sevinc Səfərova bacılarının təqdimatında “Xəzər” TV-də həftə içi hər gün yayımlanan “Hər şey daxil” verilişində bir müddət əvvəl tanınmış prodüser Tarix Əliyev (Tolik) də aparıcılıq etməyə başlayıb. Tolik əvvəllər ancaq həftənin birinci günləri efirə çıxsa da, daha sonra hər veriliş bacılarla birgə aparıcılıq etməyə başladı.
 
RePost.Az

Baxış sayı: 4777 | Tarix: 01.02.2018
Bizi Telegramda izləyin: @repostaz