Ötən gün Bakı şəhəri, Səbail rayonunda yerləşən 134 nömrəli  məktəbdə intim görüntüləri yayılan şagirdlərdən oğlan həbs olunub. 
 
 
RePost.Az xəbər verir ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C barəsində zorlama maddəsi ilə cinayət işi başlanılıb. Məlumata görə, o, 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.
 
Baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət daxil olub və Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
 
RePost.Az
 

Baxış sayı: 5461 | Tarix: 10.02.2018
Bizi Telegramda izləyin: @repostaz