Bakının Binəqədi rayonunda, zibil qutusundan doğranmış qadın meyiti tapılması ilə bağlı bəzi təfərrüatları açıqlanıb. Belə ki, qətl törədən şəxs qurbanına həm balta, həm də bıçaq zərbələri endirərək öldürüb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğundan məlumat verilib.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Hazırda hüquq-mühafizə orqanları meyitin kimliyini müəyyən etməyə çalışır. Ehtimal edilir ki, qətl mənzildə törədilib. Daha sonra şübhə doğurtmamaq üçün meyit hissələrə bölünüb, sellofan paketlərinə bükülərək evdən çıxarılıb.
 
Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, qadın son 2 gün ərzində qətlə yetirilib və dərhal meyitdən qurtulub.
 
İlkin ehtimallara əsasən, qətli kişi cinsli, qəssab işləyən şəxs törədib.
 
RePost.Az
 
Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Baxış sayı: 4264 | Tarix: 16.02.2018
Bizi Telegramda izləyin: @repostaz