Prezident İlham Əliyev müəyyən təbəqədən olan inslara verilən prezident təqaüdlərinin artırılması barədə sərəncam imzalayıb.
 
RePost.Az xəbər verir ki, dövlət başçısı 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla), Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara vertilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğini 2018-ci il martın 1-dən 10 faiz artırıb.
 
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği isə 1500 manat müəyyən edilib.
 
RePost.Az

Baxış sayı: 4093 | Tarix: 20.02.2018
Bizi Telegramda izləyin: @repostaz