Soçidə havaya qalxdıqdan dəqiqələr sonra qəzaya uğrayan təyyarədə həlak olanların cəsədlərini aşkar etmək üçün keçirilən böyük əməliyyatda üç mindən çox insan iştirak edir.
RePost.az Milli.Az-a istinadən xəbər verir ki, gəmilər, döyüş təyyarələri, vertolyotlar və sualtı qayıqların da qatıldığı axtarış xilasetmə cəhdləri gecə boyunca davam edib.
Rəsmi Moskva təyyarənin qara qutusunun yerinin təyin olunduğunu bildirib.
Qurbanların son fotoları sosial şəbəkələrdə paylaşılır.
Hava nəqliyyatı mütəxəssisləri pilotların kömək belə istəməməsinə təəccüblənirlər: "Hər hansı bir mesaj göndərmədən radardan itməsi təyyarədə gözlənilməz hadisələrin meydana gəldiyinə işarədir. Ya xaricdən bir təsirə uğradılar, ya da öncədən görmədikləri bir maneəyə çırpıldı. Bu cür hallar təyyarənin ələ keçirilməsi məsələsini gündəmə gətirir"
RePost.az