Bazarlarda satılan İran xurmalarının çəkisi qutunun üzərində göstəriləndən azdır. Qutuların üzərində 700-750 qram çəki göstərilsə də, faktiki çəki bundan xeyli aşağıdır.
 
RePost.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət bazarlarda vitrinləri bəzəyən İran istehsalı olan xurmalardan gedir. Xurma qutularının üzərində ümumi çəkinin 700,750 qram olduğu göstərilir. Ancaq həmin qutuları tərəziyə qoyduqda azı 200-250 qram çəkinin az olduğu aşkarlanır.
 
Bu isə ən çox alıcıların cibinə ziyan edir. Təəssüflər olsun ki, bir çox alıcı bu fırıldaqdan xəbərsizdir.
 
Faktla bağlı əvvəlcə satıcıların fikirlərini öyrənməyə çalışdıq. Onlar isə müxtəlif bəhanələr gətirdilər.
 
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirildi ki, həmin faktla qarşılaşan istehlakçılar qurumun 963 nömrəli qaynar xəttinə müraciət etsinlər. Bundan sonra komitənin metroloji nəzarət şöbəsi araşdırma aparacaq və lazımı tədbirləri görəcək.
 
RePost.Az 


Baxış sayı: 3504 | Tarix: 27.02.2018
Bizi Telegramda izləyin: @repostaz