Abşeron rayonunda orta yaşlı qadın bıçaqlanıb.
 
RePost.Az-ın məlumatına görə, hadisə Gənclər Şəhərciyində baş verib. Belə ki, 17 yaşlı Sənan Zalov ansını bıçaqlayıb. Şahidlərin dediyinə görə, zalovlar ailəsi Xudat rayonundandır və şəhərcikdə kirayədə qalırlar. Hadisə baş verən gün yaşadıqları binanın girişində Sənan Zalov mağazadan qayıdan anasından pul istəyib.  Lakin qadın ona pul verməkdən imtina etdiyinə görə, 17 yaşlı yeniyetmə anasına 4 bıçaq zərbəsi vurub.
 
Hadisədən sonra onun "VAZ-2107" markalı avtomobillə qaçdığı bildirilir. Zalovun əvvəlllər məhkumluq həyatı yaşadığı, hazırda polis tərəfindən axtarıldığı bildirlir. 
 
RePost.Az

Baxış sayı: 4967 | Tarix: 01.03.2018
Bizi Telegramda izləyin: @repostaz