Zorlama hadisəsi ilə bağlı növbəti ərizə Xəzər rayon Polis İdarəsinə ötən bazar günü daxil olub. 
 
RePost.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, dekabrın 25-də, 1992-ci il təvəllüdlü Z.A. polis idarəsinə müraciət edib. 
 
O bildirib ki, dekabrın 23-ü saat 21:00-da Mərdəkan qəsəbəsində, dəniz sahilində ona 1993-cü il təvəllüdlü T.C. təcavüz edib.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən boşanıb və azyaşlı uşaq böyüdür. 24 yaşlı qadın etiraf edib ki, gənc oğlanla uzunmüddətli münasibətlər qurmaq ümidi ilə tanış olub. 
 
Oğlan onu öz avtomobilinə oturdub və dəniz sahilində gəzməyi təklif edib. O, söz verib ki, sadəcə ulduzların altında söhbət edəcəklər. Qadın da razılaşıb. Lakin dəniz sahilində oğlan onunla yaxınlıq etmək istəyib. Zərərçəkən müqavimət göstərməyə çalışsa da, bu heç bir nəticə verməyib.
 
İş üzrə materiallar rayon prokurorluğuna göndərilib.
 
RePost.az
 

Baxış sayı: 4568 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz