Bayılda suyun verilişində məhdudiyyət olacaq.
"Azərsu" ASC-dən
RePost.Az-a verilən məlumata görə, məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır.
Belə ki, 9 mart 2018-ci il tarixdə 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
RePost.Az