Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.
 
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir", - deyə məlumatda vurğulanıb.
 
RePost.Az

Baxış sayı: 4017 | Tarix: 09.03.2018
Bizi Telegramda izləyin: @repostaz