Dünən günorta saatlarından başlayaraq Şamaxı rayonunun ucqar dağ kəndlərinə yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, təxminən 25-30 sm qalınlığında olan qar və buz Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Rayonun Qızmeydan, Qəleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb. Kəndlərə gedən bəzi sürücülər öz minik avtomobilini yolun kənarında saxlayaraq digər yük avtomobili vasitəsilə hərəkət ediblər.
 
Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda yollara qum-duz qarışığı səpilir, yollar qardan təmizlənir. Buna baxmayaraq hazırda həmin ərazidə havanın şaxtalı olması və yolların yenidən buz bağlayacağı bildirilir.
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 13.03.2018
Bizi Telegramda izləyin: @repostaz