Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb.
 
RePost.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində 1978-ci il təvəllüdlü Elnarə Həsənova 2011-ci il təvəllüdlü oğlu Ramil və 2013-cü il təvəllüdlü qızı Duyğu ilə birlikdə martın 1-də evdən çıxıb və geri qayıtmayıblar.
 
Onların itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda onların tapılması istiqamətində araşdırmalar davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 4169 | Tarix: 13.03.2018
Bizi Telegramda izləyin: @repostaz