Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümi olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar. Amma market və bazarlarda bu meyvələr tapılsa da qiymətləri yaya nisbətən bahadır.
 
RePost.Az Xəzər TV-yə istinadən məlumat verir ki, alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.
 
Dadı turş, görünüşü də göz oxşayır. Amma bu alçanın 1 kiloqramının qiyməti 700 manatdır.
 
Market və bazarlarda mövsümü olmayan meyvələrə də rast gəlmək mümkündür. Qiymətləri isə yaya nisbətən xeyli fərqlənir.
 
Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələrin bir çoxu xüsusi soyuducularda saxlanılan yerli məhsullardır. Qiymətlərin baha olmasına baxmayaraq, qeyri mövsümi meyvələrə də tələbat az deyil. Hazırda bayramla əlaqədar satışlar artıb.
 
Satıcıların sözlərinə görə, bayramdan sonra qiymətlər enə bilər.
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 16.03.2018
Bizi Telegramda izləyin: @repostaz