Bakıda marşrut avtobusunda qadın sərnişin sürücünü döyüb.
 
RePost.Az-ın məlumatına görə, bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun “20 yanvar” stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb. Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücüyə yumruqla zərbə endirib.
 
Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu ” şirkəti məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirib.
 
RePost.Az


Baxış sayı: 3485 | Tarix: 19.03.2018
Bizi Telegramda izləyin: @repostaz