Azərbaycan prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.
 
RePost.Az-ın nəlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
 
O bildirib ki, Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Milli Məclisin deputatlarının, Prezidentin, bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Qeyd edək ki, aprelin 11-i həftənin 3-cü günüdür. 
 
RePost.Az

Baxış sayı: 2611 | Tarix: 27.03.2018
Bizi Telegramda izləyin: @repostaz