Azərbaycanda “donuz qripi”ndən təhlükəli virus yayıldı - Baş infeksionistdən şok açıqlama (VİDEO)
“Bu il Azərbaycanda yayılan qrip virusu ötən ilkinə nisbətən ağır keçir. Bu il yayılan virusun virulenti donuz qripindən daha güclüdür”.
RePost.Az-ın məlumatına görə, bunu Real TV-yə müsahibəsində Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanda yayılan viruslar Avstraliya ştampının törətdiyi viruslardır.
“Antibiotiklər qripə təsir göstərmir. Antibiotik o zaman istifadə olunur ki, ağırlaşma qeydə alınıb. Qripə qarşı edilən peyvəndin qripin hansı virusuna qarşı vurulduğu da nəzərə alınmalıdır. Bu virusların çox sayda ştampları var. Bu il Azərbaycanda yayılan virus Avstraliya ştampının törətdiyi viruslardır. Bu virusların xəstəliyi nisbətən ağır keçir. Bu növ qripin virulenti donuz qripindən daha güclüdür”, - deyə Cəlal İsayev qeyd edib.
Ölkənin baş infeksionist bildirib ki, insanın immun sistemi kifayət qədər güclü olarsa, yaxşı qidalanarsa, idmanla məşğul olarsa qripə yoluxma faizi azalar.