“Azəriqaz” İB ölkədə müşahidə olunan hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
 
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin “APA-Economics”ə verdiyi məlumata görə, havanın dəyişməsi ilə əlaqədar təbii qaza olan tələbat artıb.
 
“Havanın bu gündən etibarən kəskin soyuması ilə bağlı əhaliyə verilən təbii qazın sərfiyyatı da artıb. Ötən günlə müqayisədə bu gün təbii qazın verilişində 1 milyon kubmetrə qədər artım var,” – deyə İ. Kərbalayev qeyd edib.
 
RePost.Az

Baxış sayı: 4625 | Tarix: 30.03.2018
Bizi Telegramda izləyin: @repostaz