Təbrizin “Traxtur” futbol komandası Birləşmiş Ərəb Əmirliklərində qarşılaşdığı Səudi Ərəbistanı komandasına uduzub.
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, Asiya Çempionlar Liqasının qrup mərhələsində keçirilən görüş “Əl-əyn” komandasının stadionunda baş tutub. Azərbaycan komandasının yaxşı oyun nümayiş etdirməsinə baxmayaraq, qarşılaşma 2:0 hesabı ilə “Əl əhli”nin xeyirinə yekunlaşıb.
Əl əhli”yə qələbə qazandıran qollar 49 və 93-cü dəqiqələrdə Asiri və Zəkərya tərəfindən vurulub. “Traxtur”un baş məşqçisi Ərtoğrul Sağlam uduzmasına baxmayaraq komandasının yaxşı oyun nümayiş etdirdiyini və qələbəyə layiq olduğunu deyib. Onun sözlərinə görə, qələbə üçün bir çox fürsət yaranıb, lakin heç biri nəticə əldə edilməyib. “Bizim üçün artıq Asiya Çempionlar Liqası bitdi, artıq super liqanın davamı haqqında düşünməliyik”- deyə baş məşqçi əlavə edib.
RePost.Az