Dünən jurnalist Famil Fərhadoğlu  səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində peşə fəaliyyətini yerinə yetirərkən döyülüb.
 
Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan əməkdaşımız Famil Fərhadoğlu nazirin işçilərinin hücumuna məruz qalıb. Əməkdaşımız üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb. Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənləri üzərindən ataraq, hadisəni mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.
 
Unikal.org Səhiyyə Nazirliyinin bu açıqlaması ilə bağlı dərhal araşdırma aparıb. 
 
İlkin araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxs Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışmış, mərhum Ceyhun Təyyar Tağı oğlu Paşayevin oğludur. Hazırda T.Paşayevin həyat yoldaşı Səhiyyə Nazirliyində yüksək vəzifədə çalışır.
 
Faktla əlaqədar olaraq Mətbuat Şurası və digər jurnalist qurumları açıqlamaya yayaraq hadisəni pisləyiblər.
RePost.Az

Baxış sayı: 4036 | Tarix: 10.04.2018
Bizi Telegramda izləyin: @repostaz