Paytaxtın mərkəzindəki bir neçə küçə hərəkət üçün bağlanacaq.
Bakı Nəqliyyat Agentliyindən
RePopst,Az-a verilən məlumata görə, “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, aprelin 18-də Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaqdır.
Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.
RePopst,Az