Hacıqabul rayonu Meyniman kənd məktəbinin 7-ci sinif şagirdinin ögey qardaşından 4 aylıq hamilə olması xəbəri yayılıb.
 
RePost.Az yenicag.az-a istinadən xəbər verir ki, baş verən dəhşətli hadisə ilə bağlı sözügedən təhsil ocağının direktoru Elman Abdullayev  açıqlama verib:
 
“Əvvələn, qız 7-ci yox, 9-cu sinif şagirdidir. Qızın atası çoxdan rəhmətə gedib, anası ikinci dəfə ailə həyatı qurub. Ögey atasının iki ovladı var: qızı ərə gedib, oğlu da əsgərlikdən qayıdıb. Nümunəvi ailə olub. Adı hallanan bu qız çox abırlı-həyalı şagird olub, hələ onun barəsində mənfi fikir eşitməmişik. Çox da yaxşı oxumur, amma arzusu kollecə daxil olmaqdır. Biz onun qarnının böyüməsini hiss etməmişik. Dünən müəlliməmiz də yanına getmişdi, qız and-aman edir ki, belə şey yoxdur. Oğlan da ağıllı oğlandır, özünə ev tikdirir, zəhmətlə yaşayan uşaqdır. O da and içir ki, mənlik deyil. İşi hüquq mühafizə orqanları araşdırır. Biz qabaqcadan heç nə deyə bilmərik. Kənd yeridir, adət-ənənə, mentalitetimiz var, həssas məsələdir, burda qızın gələcək taleyini də düşünmək lazımdır. Ehtimal var ki, qızı şərləyirlər. Ailə, də, məktəbimizin kollektivi də bu xəbərə inanmır”.
 
Hacıqabul rayon Polis Şöbəsindən bildirildi ki, bacısı ilə intim əlaqədə olan qardaş artıq həbs edilib. Cinayət işinin istintaqını prokurorluq aparır.
 
RePost.Az

Baxış sayı: 3941 | Tarix: 19.04.2018
Bizi Telegramda izləyin: @repostaz