Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RePost.Az-a verilən məlumata görə, tikintinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
 
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
 
Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.
 
RePost.Az

Baxış sayı: 4131 | Tarix: 25.04.2018
Bizi Telegramda izləyin: @repostaz