Bakıda gündüz saatlarında yol qəzası tıxaca səbəb olub.
 
Bakı Nəqliyyat Agentliyindən RePost.Az-a verilən məlumata görə, paytaxtın Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.
 
Bu səbəbdən hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
 
RePost.Az

Baxış sayı: 5480 | Tarix: 26.04.2018
Bizi Telegramda izləyin: @repostaz