Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
K. Ağazadə ittiham aktı ilə tanış olmaq istəyib.
 
Buna görə məhkəmə iclası mayın 7-dək təxirə salınıb.
 
Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
 
Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. 
 
RePost.Az

Baxış sayı: 5423 | Tarix: 30.04.2018
Bizi Telegramda izləyin: @repostaz