Ucarda təbii qaz təchizatında problem yaranıb.
 
Bu gün səhər saatlarından rayonun bir neçə yaşayış məntəqəsində təbii qazın təchizatı dayandırılıb.
 
Sakinlər bildirib ki, ötən ayın ikinci ongünlüyündən etibarən rayonda təbii qaz təchizatı heç bir xəbərdarlıq olunmadan iki gündən bir dayandırılır. Qalan günlərdə isə mavi yanacaq istifadəsi mümkün olmayan dərəcədə aşağı təzyiqlə verilir ki, bu da sakinlərin ciddi narazılığına səbəb olub.
 
Yerli qaz istismar sahəsinin 104 qəza xidmətindən qaz təchizatında yaranmış problemdən xəbərsiz olduqlarını bildiriblər: "Bu barədə bizdə heç bir məlumat yoxdur". (APA)
 
RePost.Az

Baxış sayı: 4378 | Tarix: 03.05.2018
Bizi Telegramda izləyin: @repostaz