Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “20 yanvar dairəsi"ndən “Çermet körpüsü“-nə qədər olan hissəsində (Koroğlu metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 4 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
 
Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Yol bağlı olmayacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.
 
"Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
 
RePost.Az

Baxış sayı: 3827 | Tarix: 04.05.2018
Bizi Telegramda izləyin: @repostaz