Rəşad Sadıqov “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət baş məşqçisi vəzifəsindən istefa verib.
Klubdan
RePost.Az-a verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və “Qarabağ”ın əsas komandasının kapitanı olan Sadıqov bu addımı işlərinin çoxluğu ilə əlaqədar atıb.
“Qarabağ”ın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında cari mövsümdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasında ikinci yeri tutub. Ötən mövsüm isə qızıl medallara sahib çıxıb.
RePost.Az