Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şimalda məşhur narkotik alverçisi “Çukkuş” ləqəbli, Xaçmaz rayon, Xudat şəhər sakini Baloğlanov Ceyhun Əhmədağa oğlu saxlanılıb.
 
RePost.Az Yenicag.az-a istinadən xəbər verir ki, onu külli miqdarda narkotik satışını həyata keçirərkən saxlayıblar.
Onu da qeyd edək ki, “Çukkuş” ləqəbli bu şəxs uzun illərdir ki, şimal bölgəsində böyük narkoplantasiyaların bağbanı kimi tanınsa da, onu faktiki olaraq “iş başında” yaxalamaq mümkün olmayıb.
 
Maraqlıdır ki, hazırda barəsində 3 ay həbs-qətiimkan tədbiri seçilən narko-dilerin atası Əhmədağa Baloğlanov da Xudat şəhərinin axundudur.
 
Xatırladaq ki, bir müddət əvvəl də “Çukkuş”un yaxın qohumu Şükürov Tural Vaqif oğlu da yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli əməllərə cəhd etdiyinə görə həbs edilib.
 
RePost.Az

Baxış sayı: 4207 | Tarix: 10.05.2018
Bizi Telegramda izləyin: @repostaz