Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları təsis olunub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) RePost.Az-a verilən məlumata görə, bununla bağlı yeni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
 
Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Təyin edilən şəxslər sosial sahəyə bağlı olmayan İqtisadiyyat Nazirliyində çalışmış şəxslərdi. Beləliklə yeni nazirin 4 müavini ilə yanaşı 8 müaşviri olacaq.
 
Qeyd edək ki, Əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin cəmi bir müşaviri olub.
 
RePost.Az

Baxış sayı: 3789 | Tarix: 11.05.2018
Bizi Telegramda izləyin: @repostaz