Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” piyada marafonunun keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
 
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən RePost.Az-a verilən xəbərə görə, marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə mayın 13-də saat 09:00-dan 15:00-dək Bayraq meydanından başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu, şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. 
 
Qeyd edilən ünvanlar üzrə hərəkət etməyi düşünən avtomobil sahibləri və digər sürücülərdən xəbərdarlığı nəzərə almaları tövsiyə olunur.
 
RePost.Az

Baxış sayı: 5765 | Tarix: 12.05.2018
Bizi Telegramda izləyin: @repostaz