Azərbaycanda müəllim dərsləri baykot edib. 
 
RePost.Az-ın məlumatına görə, Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev sosial şəbəkədə paylaşım edərək Rayonun Təhsil Şöbəsinin və məktəbin direktorunun ona qarşı edilən haqsızlıqlara cavab olaraq dərslərə getməmək qərarına gəlib. 
 
Müəllimlərin İşə qəbul imtahanından 54 balla Astara şəhər 2 saylı orta məktəbə qəbul olan gənc müəllim süni maneələrlə qarşılaşdığını açıqlayıb: 
 
“Astara RTŞ-yə getdim, yüksək bal topladığım üçün mənə təmayül dərsləri təklif etdilər. Ancaq sonradan xərci olduğunu dedilər. Mən məsələni sosial şəbəkədə qabartdım və bir qəpik vermədən 12 saat dərs aldım. Təhsil Şöbəsinə pul verməsəm də, məktəbə gedən gündən müxtəlif adllarla pul yığmağa başladılar. Gah deyirlər partalar sınıb, gah deyirlər məktəbi təmir edirik. Gedib baxıram heç nə yoxdur. Bir-iki ay pul ödədim sonra vermədim. Belə olan halda məktəbdə ilk dəfə təşkil etdiyim Conversation Club (danışıq kursu) otağını məndən alıb tibb otağı yaradacaqlarını dedilər. Şagirdlərə tam ödənişsiz danışıq dərsi verirdim, ancaq indi otaq boş qalıb, heç nə yaradılmayıb.
 
Dəfələrlə Maya xanım (məktəbin direktoru Maya Həsənova) şagirdlərimin yanında məni məzəmmət edib və şəxsiyyətimi alçaltmağa çalışıb. Astaranın bütün məktəblərində gənc müəlllimləri sıxışdırırlar. Gedib fəhləlik edəcəm, amma haqsızlığa qarşı əyilməyəcəm. Haqq öz yerini tapana, rüşvətxor məmurlar cəzasına çatana qədər işə çıxmayacağam. Qoy diaqnostik qiymətləndirmədən 15-20 bal toplayanlar bir müddət məni əvəz edib işləsin. Mənim dərdim dərs saatı deyildi”. Fuad Mehrəliyev BAKU.WS-ə açıqlamasında bildirdir ki, Təhsil Nazirliyi tərəfindən bu müraciətinə hələ heç bir reaksiya gəlməyib. 
 
RePost.Az


Baxış sayı: 3808 | Tarix: 14.05.2018
Bizi Telegramda izləyin: @repostaz