Azərbaycanda su sayğaclarının mənzillərdən çıxarılması prosesi davam edir.
 
RePost.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
 
Onun sözlərinə görə, son illər aparılan işlər nəticəsində 3 mindən çox yaşayış binasında su sayğacları evlərin daxilindən çölə çıxarılıb: “Hazırda daha 2000-ə yaxın binadakı sayğaclar binaların pilləkən qəfəslərinə çıxarılacaq. Daxili xətlər yenidən çəkilir və sayğaçlar qəfəslərdə quraşdırılır. Bunun üçün 15 milyon manat vəsait ayrılıb”.
 
RePost.Az

Baxış sayı: 3732 | Tarix: 22.05.2018
Bizi Telegramda izləyin: @repostaz