Astara rayonu sakinindən saxta dollar aşkarlanıb.
RePost.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də 2-cı Şıxlı kəndi ərazisində Astara şəhər sakini Kainat İsmayılovdan saxta 2000 ABŞ dolları götürülüb.
Araşdırmalar davam etdirilir.
RePost.Az