24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.
 
RePost.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.
 
RePost.Az

Baxış sayı: 3827 | Tarix: 25.05.2018
Bizi Telegramda izləyin: @repostaz