Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən
RePost.Az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.
Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti təşkil edəcək.
RePost.Az