Bu gün Azərbaycanın Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev, OPEC-in baş katibi Məhəmməd Barkindo, Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuriy Sentyurin, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.
RePost.Az xəbər verir ki. Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb. Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb. İyunun 12-də isə Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.
Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, bu layihənin icra edilməsinə 40 milyard dollar qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz resursları 2,6 trilyon metri murrəbədir. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihələri icra edərkən güclü regional əməkdaşlıq formatı yaradıb. Regional layihələrin icra edilməsində bu üç ölkənin əməkdaşlıq formatı böyük yer tutur. “Bu gün Amerika hökumətinə təşəkkür etmək istəyirəm. Çünki Amerika hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub. Bakı-Tbilisi-Ceyhan və digər layihələrin həyata keçirilməsində bu dəstəyi görmüşük. Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib. Bu gün də bu dəstəyi görürük. Keçən il Byük Britaniya baş naziri ilə müqavilə imzalanıb", - deyə dövlət başçısı əlavə edib.
Avropa İttifaqının Cənub Qaz Dəhlizinə dəstəyindən danışan prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı daim enerji layihələrinə dəstək verib: "2015-ci ildən Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir və Avropa İttifaqı bu iclaslarda yüksək səviyyədə iştirak edir. Mən bizə bu layihələrin həyata keçirilməsində dəstək verən beynəlxalq maliyyə korporasiyalarına də təşəkkür edirəm. Azərbaycan etibarlı tərəfdaşdır. Biz bütün borclarımızı vaxtlı-vaxtında qaytarmışıq və qaytaracağıq", - deyə prezidenti vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi yeni enerji damarıdır. Bu layihədə maraqlar balansı gözlənilib. Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı İlham Əliyevə təbrik məktubu göndərib və iyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə veriləcəyini ilə bağlı tədbir keçiriləcəyini, Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inandığını bildirib.
Açılış məraisminə qatılan OPEC-in baş katibi Məhəmməd Barkindo qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin, neft-qaz şirkətləri ilə qurulmuş uğurlu əməkdaşlığın nəticəsidir. "Təbii qaz Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılacaq və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuriy Sentyurin deyib ki, enerji təhlükəsizliyi və uğurlu əməkdaşlıq müttəfiqlikdən asılıdır. Hazırda bu tədbirdə iştirak edən 19 qaz ixrac edən ölkə bu barədə düşünür. Kəmərlərin 63 faizi qaz ixracı üçün istifadə olunur. 2024-cü ilə qədər qaz ixracı 1,5 dəfə artacaq. Avropa bazarı bundan sonra çox cəlbedici bazar olacaq. Bu, yeni infrastrukturun yaradılmasını tələb edəcək. Cənub Qaz Dəhlizi bu baxımdan mühüm infrastrukturdur. Gələcəkdə qarşımızda duran saziş və layihələr baxımından bu layihə vacibdir. “Bizim tərəfdaşlığımız Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin mərkəzində dayanır, - deyə baş katib vurğulayıb.
BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons isə qeyd edib ki, təmsil etdiyi ölkə neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyur. “1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir", - deyə Qəri Cons əalvə edib.
RePost.Az