Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.
"Report" xəbər verir ki, məlumatı Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.
RePost.Az