Şirvan şəhərində mağazaya oğurluq məqsədiylə basqın olub.
 
RePost.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Şirvan şəhəri ərazisində yerləşən marketdə bir nəfər şəxs oğurluq etmək məqsədiylə basqın edib. Belə ki, o mağazaya girərək spirtli içki götürüb, əvvəlcə yanında dayanan oğlan satıcı Mehtiyev Fərid Fərhad oğlunun başına ağır zərbə endirib. Satıcı ölməsə də o ayağa qalxa bilməyib. Daha sonra oğru marketin kassasında dayanan xanım satıcı 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zamir qızının başından spirtli içkinin butulkası ilə vursa da ona təsiri yüngül olub və o maqazadan qaçaraq çölə çıxıb, ərtafdakı insanlara xəbər verib.
 
Hadisə bir qədər əvvəl baş versə də oğlan satıcının nümunəvi davranışı, onun işinə məsuliyyəti və sürünərək oğrunun arxasınca kassaya tərəf gəlməsi sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb. Videoda ən diqqət çəkən məqam isə başından çox ağır zərbə alan oğlan satıcı Fərid Mehtiyevin sürünərək çölə çıxması və ətrafdakı ilk insanların ona laqeyidliyidir ki, bu da sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
 
Qeyd edək ki, hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb və onunla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
 
RePost.Az


Baxış sayı: 4055 | Tarix: 31.05.2018
Bizi Telegramda izləyin: @repostaz