Bakıda quyuda çürümüş meyit tapılıb.
 
RePost.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
 
Belə ki, Bakıxanov qəsəbəsində yolun ortasında yerləşən quyudan çürümüş meyit tapılıb. Meyitin kimliyinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
 
Yalnız onun ayağındakı 42 santimetr ölçüdə kişi ayaqqabısı olduğu aşkarlanıb.
 
Sabunçu Rayon Prokurorluğunda ölümün səbəbləri araşdırılır. Həmin şəxsin qətlə yetirildiyi ehtimal edilir.
 
RePost.az
 

Baxış sayı: 4131 | Tarix: 30.12.2016
Bizi Telegramda izləyin: @repostaz