İyunun 5-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26,  Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. 
 
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək. 
 
Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
 
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi  əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. 
 
Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək, gündüz arabir  güclənəcək. 
 
Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.
 
İyunun 5-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
 
RePost.Az

Baxış sayı: 3675 | Tarix: 04.06.2018
Bizi Telegramda izləyin: @repostaz