Azərbaycanda qoşa nömrələrə görə dövlət rüsumu artırılır.
 
RePost.Az-ın məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə təklif təqdim olunub.
 
Qanun 18.65-ci (Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi) maddəsinə edilən dəyişikliyə əsasən isə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılır. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata qaldırılması təklif edilir.
 
Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar sessiyada ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
 
RePost.Az

Baxış sayı: 6278 | Tarix: 05.06.2018
Bizi Telegramda izləyin: @repostaz